Ermənistan ordusu artıq “Ura” deməyəcəkbackend

Ermənistan ordusu artıq “Ura” deməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinın yeni daxili xidmət nizamnaməsi olacaq və bu nizamnaməyə uyğun olaraq, ordu sovet ordusundan miras qalan “Ura!” təntənəli nidasından imtina edəcək.

NOCOMMENT.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, yeni nizamnaməyə keçid orduda ümumi islahatlar çərçivəsində həyata keçiriləcək.

Nazirliyin məlumatına görə, nizamnamənin yekun variantı hələ hazır olmasa da, bəzi detallar artıq məlumdur. Xüsusilə də, nizamnamədə komandirin şəxsi heyəti təbrik etdiyi vəziyyətlərdə “Ura!” təntənəli nidasının “Yaşasın!” təntənəli nidası ilə dəyişdirilməsi nəzərdə tutulur.

Ermənistan Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, nizamnamənin hazırlanmasında digər ölkələrin ordularının hər hansı modelinə uyğunlaşdırılması ilə bağlı heç bir vəzifə qoyulmayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçular üçün yeni geyim formasının tətbiqi ilə bağlı planlarını açıqlamışdı. Nazirlik burada əsasənən NATO standartlarının nəzərə alınacağını bəyan etmişdi.