Ermənistan ordusunda növbəti qanlı insidentbackend

Ermənistan ordusunda növbəti qanlı insident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər yoldaşını güllələyərək öldürüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə mayın 4-də saat 20 radələrində cənub bölgələrdə yerləşən hərbi hissələrdən birində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü çağırışçı əsgər Artyom Melkonyan əsgər yoldaşı tərəfindən odlu silahla ehtiyatsız davranışdan sonra açılan atəş nəticəsində ölümcül güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.