Ermənistan ordusunda söyüşə görə QƏTLbackend

Ermənistan ordusunda söyüşə görə QƏTL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun 2021-ci il dekabrın 31-də öldürülmüş çağırışçı əsgəri M.Tadevosyanın qətlinin üstü açılıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, 2021-ci il yanvarın 4-də Ermənistan Müdafiə Nazirliyi Vayots Dzor rayonundakı döyüş postlarından birində sıravi M.Tadevosyanın (2003-cü il təvəllüdlü) başından güllə yarası alması barədə xəbər yayıb.

Araşdırma zamanı məlum olub ki, dekabrın 31-də saat 09:00-11:00 radələrində müşahidə məntəqəsində hərbi qulluqçu E.B. M.Tadevosyana söyüş söyüb, söhbət əsnasında E.B. əsgər yoldaşına avtomatdan atəş açmaqla cavab verib.

M.Tadevosyan başından güllə yarası alıb və xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən hərbçiyə qarşı cinayət işi açılıb və həbs edilib.

İstintaq başa çatıb, iş materialları məhkəməyə göndərilib.