Ermənistan ordusunda yeni həbs: Bu dəfə mayor casusluqda ittiham olundubackend

Ermənistan ordusunda yeni həbs: Bu dəfə mayor casusluqda ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin mayoru dövlətə xəyanət faktına görə həbs edilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs 2021-ci ilin iyulunda xarici kəşfiyyat xidmətləri tərəfindən işə götürülüb. Daha sonra mayor onlarla əməkdaşlıq müqaviləsi imzalayıb.

Bir müddət sonra o, başqa hərbi hissəyə yönləndirilib və orada həmin bölmənin xidmət rəisi kimi xarici agentlərlə əməkdaşlığı davam etdirib.

O, 2022-ci ilin fevral-noyabr ayları ərzində ölkənin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə xələl gətirən dövlət və rəsmi sirləri ehtiva edən məlumatları mobil proqramlar vasitəsilə ötürüb.

Digər məlumatlarla yanaşı, xarici agentlərə “məxfi” kimi təsnif edilən sənədlər, bölmələrin yerləşdirilmə istiqamətləri, onların növləri, şərq və cənub istiqamətlərində şəxsi heyətin sayı barədə məlumatlar verilib. Bunun müqabilində kişi 19 700 dollar alıb.

Mayorun adı açıqlanmasa da, o artıq həbs edilib, istintaq davam edir.