Ermənistan ordusunun daha bir hərbçisi öldürülübbackend

Ermənistan ordusunun daha bir hərbçisi öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, – xəbərdə deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb.