Ermənistan ordusunun hərbi kəşfiyyatına yeni rəis təyin edilibbackend

Ermənistan ordusunun hərbi kəşfiyyatına yeni rəis təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Arakel Martikyan tutduğu vəzifədən azad edilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.

Belə ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini və Silahlı Qüvvələr Baş Qərargah Kəşfiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Araik Arutyunyan bundan əvvəl ordunun 2-ci korpusunun komandiri vəzifəsində işləyib.

Prezidentin sərəncamına görə, Vaqram Qriqoryan isə ordunun 2-ci korpusunun komandiri vəzifəsinə təyin edilib.

Yeni təyinatlar Ermənistanın Baş naziri Nikol Paşinyanın təkliflərinə əsasən imzalanıb.