Ermənistan ordusunun Monax ləqəbli keçmiş döyüşçüsü tutulubbackend

Ermənistan ordusunun Monax ləqəbli keçmiş döyüşçüsü tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun keçmiş hərbçisi, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Artur Ayvazyana qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, Ayvazyan saxlanıldıqdan sonra polis bölməsinə aparılıb. Hadisə ilə bağlı əlavə məlumat yayılmayıb.

Onun vəkili Ara Zakaryan hansı xuliqanlıqdan söhbət getdiyini bilmir. Onun sözlərinə görə, müvəkkili hesab edir ki, siyasi məsələlərlə bağlı təqib edilir: “Ayvazyan müddətsiz aclıq elan edib”.

Məlumata əsasən, o, “Monax” ləqəbi ilə də tanınır.