Ermənistan ordusunun təlim mərkəzində PARTLAYIŞbackend

Ermənistan ordusunun təlim mərkəzində PARTLAYIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin təlim mərkəzində partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Qeyd olunub ki, təlim meydançasında şəxsi heyətlə məşğələ keçərkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində güclü partlayış baş verib. Hərbi hissəyə məxsus müxtəlif təyinatlı ləvazimatlar və iki obyektə xeyli ziyan dəyib.

Xəsarət alanlar barədə məlumat gizlədilsə də, bildirilir ki, alovun yayılmasının qarşısının alınması məqsədilə hadisə yerinə bir neçə yanğınsöndürən heyət cəlb olunub.
konkret.az