Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı – Fotobackend

Ermənistan ordusunun Xocalıdakı döyüş texnikalarının peyk görüntüləri yayıldı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Müdafiə Nazirliyi hələ də kamuflyajın əsaslarını öyrənməyib. Adi azərbaycanlıların “Bayraktar”lara belə ehtiyacları yoxdur, sadəcə, “Google maps”la düzgün davranmağı bacarmaq kifayətdir”.

NOCOMMENT.az xəbər verir ki, bunu qəsbkar Ermənistanın “AntiTuran” teleqram-kanalı yazıb.

Erməni zabitlərinə “utanın, yoldaş zabitlər!” yazan nəşr Ermənistan ordusunun Xankəndi, Xocalı şəhərlərində, eləcədə Xocalı rayonunun Ballıca kəndindəki döyüş texnikalarının peyk görüntülərini təqdim edir.

“Peyk foto-şəkilləri Stepanakert(Xankəndi-S.L.) şəhərində təmir olunan hərbi texnikanı nümayiş etdirir.

10 ədəd “D-20” və “Qiatsind-B” (səhra topları, haubitsalar) və PDM.

4-cü foto.

Aygestan kəndi(Xocalı rayonu Ballıca kəndi) yaxınlığında, haubitsalı yük maşınları:

7 ədəd “D-20” və 8 ədəd “D-30” haubitsaları.

5-ci foto.

İvanyanda(Xocalı şəhəri- S.L.) “D-44” və “D-30” haubitsalı 8 yük maşını.

Bu hərbi hissələrin bütün koordinatları Azərbaycan teleqram-kanallarında gəzir”.

-erməni telekanalının məlumatında belə deyilir.

Qeyd: Erməni teleqram-kanalında “4-cü foto” kimi qeyd edilən görüntü bizim xəbərdə baş foto kimi, “5-ci foto” kimi təqdim edilən şəkil isə mətndə 2-ci olaraq verilib.
Moderator.az