Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina edibbackend

Ermənistan parlamenti Qarabağla bağlı komissiya yaratmaqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Milli Məclisi Qarabağla bağlı daimi komissiya yaratmaqdan imtina edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın Dövlət-hüquq məsələləri komissiyasında müzakirə olunub.

Belə bir komissiyanın yaradılmasının lehinə cəmi 4 deputat səs verib, daha 7 deputat isə bitərəf qalıb – hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri səsverməyə qatılmayıblar: onlar bildiriblər ki, belə bir funksiyanı daşıyan parlamentlərarası (Ermənistan və Artsax) xüsusi komissiyası mövcuddur. Beləliklə, qərar layihəsi qəbul edilməyib.

Qeyd edək ki, bu təşəbbüslə müxalif “Ermənistan” fraksiyası çıxış etmişdi.