Ermənistan parlamenti yeni vitse-spiker seçib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, “Vətəndaş müqaviləsi” partiyasının üzvü Akop Arşakyan vitse-spiker seçilib. Keçmiş yüksək texnologiyalar sənayesi nazirinə gizli səsvermədə 71 deputat səs verib.
Arşakyan ikinci vitse-spikerdir, dünən Ruben Rubinyan da vitse-spiker seçilmişdi. Daha bir vitse-spiker isə müxalifətdən seçilməlidir – “Ermənistan” bloku bu posta İşxan Saqatelyanı namizəd irəli sürüb