Ermənistan parlamentində gərginlik: Müxalifətdən boykot qərarıbackend

Ermənistan parlamentində gərginlik: Müxalifətdən boykot qərarı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentdə prezident seçkilərini boykot etmiş “Ermənistan” və “Şərəfim var” müxalifət fraksiyaları martın 13-də keçiriləcək Vaaqn Xaçatryanın andiçmə mərasimində iştirak etmək niyyətində deyillər.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, inauqurasiyadan dərhal sonra Xaçatryan prezident iqamətgahına gedəcək. Orada onu yeni prezident kimi qarşılayacaqlar.

Ermənistan parlamenti martın 3-də ikinci turda Vaaqn Xaçatryanı prezident seçib. Onun namizədliyinin lehinə 71 deputat – hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının bütün nümayəndələri səs verib. Müxalifət fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot ediblər.