Ermənistan parlamentində müxalif deputatların məsələsi müzakirəyə çıxarıldıbackend

Ermənistan parlamentində müxalif deputatların məsələsi müzakirəyə çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində 2 deputatın məsələsi gündəlik müzakirəyə çıxarılıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, iclas “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatlarının təşəbbüsü ilə çağırılıb.

Gündəlikdə “Hayastan” (“Ermənistan”) fraksiyasının üzvü İşxan Saqatelyanın Milli Məclis sədrinin müavini vəzifəsindən geri çağırılması və İqtisadi məsələlər daimi komissiyasının sədri, həmin fraksiyanın deputatı Vaqe Akopyanın səlahiyyətlərinə xitam verilməsi məsələsi var.

Xatırladaq ki, onlar son aylarda etiraz aksiyalarının təşkilatçısı kimi tanınırlar.