Ermənistan parlamentində qalmaqal: deputat istefa verdibackend

Ermənistan parlamentində qalmaqal: deputat istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin müxalifət fraksiyasının deputatı Armen Gevorkyan Regional və Avrasiya inteqrasiyası üzrə komissiyanın sədri vəzifəsindən istefa verib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, deputat bununla bağlı müraciət yayıb.

Deputat bildirib ki, ölkədəki siyasi proseslər o yerə gətirib çıxarıb ki, aydın siyasi və insani etika qaydaları diktə olunur və ona bu vəzifəni tutmağa imkan vermir.

Ermənistan Milli Məclisi iyulun 1-də “Ermənistan” fraksiyasının üzvləri İşxan Saqatelyanı parlament sədrinin müavini, Vaqe Akopyanı isə İqtisadi məsələlər üzrə daimi komissiyanın sədri vəzifəsindən kənarlaşdırıb.

“Ermənistan” fraksiyası kvotaya uyğun olaraq müxalifətə verilməli olan vəzifələrə yeni namizədlər irəli sürmək niyyətində deyil.

Bunu fraksiyanın katibi Artsvik Minasyan deyib.