Ermənistan parlamentində təcili iclas – Azərbaycanla sərhədin…backend

Ermənistan parlamentində təcili iclas – Azərbaycanla sərhədin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Bildirilib ki, parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyaları qurumun təcili iclasını çağırıblar. Məlumata görə, parlamentin dördgünlük iclası aprelin 9-da başlayacaq.

Fövqəladə ilk sessiyaya Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcək.