Ermənistan parlamentində törədilən terror aktının daha bir iştirakçısı ölübbackend

Ermənistan parlamentində törədilən terror aktının daha bir iştirakçısı ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentində 1999-cu ildə törədilən terror aktının iştirakçısı ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilmiş Aşot Knyazyan (1959-cu il) “Nubaraşen” həbsxanasında keçinib.

Onun vəziyyəti kəskin pisləşib və həkimlər onu xilas edə bilməyiblər.

Knyazyan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktının təşkilində ittiham olunaraq cəza çəkirdi. Mətbuatın yazdığına görə, o, dəfələrlə əfv istəyib, amma hər dəfə rədd cavabı alıb.

Xatırladaq ki, parlamentdə törədilən terror aktı ilə bağlı 8 nəfər həbs edilib. Ötən illər ərzində onlardan 5-i həbsdə dünyasını dəyişib. Hazırda qrupun lideri Nairi Unanyan da daxil olmaqla üç nəfər hələ də həbs cəzası çəkir.

Qeyd edək ki, terror aktı zamanı parlament sədri Karen Dəmirçiyan, Baş nazir Vazgen Sarkisyan və daha altı dövlət xadimi öldürülmüşdü.