Ermənistan parlamentində yenə Paşinyan müzakirə olunacaqbackend

Ermənistan parlamentində yenə Paşinyan müzakirə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamenti bu gün Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini müzakirə etmək üçün növbəti iclas keçirəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, ölkə Konstitusiyasına görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra Milli Məclis iki dəfə yeni Baş nazir seçməməlidir, bundan sonra parlament buraxılır, növbədənkənar seçkilər elan edilir.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edilib. Bunun üçün də Paşinyan aprelin 25-də istefa verib, ancaq Baş nazir vəzifəsininin icrasını davam etdirir.

Xatırladaq ki, Ermənistan parlamenti keçən həftə keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə namizəd seçməmişdi.