Ermənistan parlamentinin fövqəladə iclası keçiriləcəkbackend

Ermənistan parlamentinin fövqəladə iclası keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Mənim addımım fraksiyası Ermənistan Milli Məclisinin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. İclas sabah saat 11:00-a təyin olunub.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat ölkə parlamentinin rəsmi saytında dərc edilib.

İclasın gündəliyinə “Ermənistan Respublikasının Seçki Məcəlləsi haqqında Konstitusiya Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi daxil edilib.

Bununla yanaşı, əvvəlcə növbədənkənar iclasın keçirilməsi məsələsi saat 09:30-a təyin olunmuş Parlament Şurasının iclasında müzakirə olunacaq. Müxalifət iclasın keçirilməsinə müqavimət göstərsə belə, o baş tutacaq, çünki Şuranın əksəriyyətini hakim fraksiyadan olan deputatlar təşkil edir və çox güman ki, onlar bu təklifə səs verəcəklər.