Ermənistan parlamentinin sədri məhkəməyə çağırılırbackend

Ermənistan parlamentinin sədri məhkəməyə çağırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sədri Alen Simonyan yaxın günlərdə məhkəməyə çağırılacaq.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə “Ermənistan” fraksiyasından deputaı Artsvik Minasyan açıqlayıb.

Onun sözlərinə görə, Alen Simonyan və parlamentin təhlükəsizlik xidmətinin sədri avqustun 25-də parlamentdə millət vəkilləri arasında düşən dava ilə əlaqədar olaraq məhkəməyə çağırılacaqlar.

O bildirib ki, məsələ ilə bağlı məhkəmə prosesi yaxın vaxtlarda keçiriləcək.

Avqustun 25-də Ermənistan parlamentində iki dava olmuşdu. “Vətəndaş müqaviləsi”nın nümayəndəsi Ayk Sarkisyanın çıxışı zamanı keçmiş müdafiə naziri, “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan vətənə xəyanət ittihamlarına cavab olaraq ona butulka atmış, bundan sonra dava düşmüşdü. İkinci insident “Ermənistan” fraksiyasından deputat Vaqe Akopyan tərəfindən söz alarkən baş verib. Onun çıxışı zamanı hakim partiyadan kimsə söz atmışdı, bundan sonra başlayan söz mübarizəsi deputatların bir-birini döyməsi ilə başa çatmışdı. İclas və canlı yayım dayandırılmışdı. Təhlükəsizlik xidməti isə jurnalistlərə baş verənləri lentə almağı qadağan etmişdi.