Ermənistan PKK, ASALA və digər terror təşkilatlarına qucaq açdıbackend

Ermənistan PKK, ASALA və digər terror təşkilatlarına qucaq açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başlamışdan əvvəl rəsmi İrəvanın Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda qanunsuz məskunlaşdırma siyasətinə dair təkzibedilməz faktlar üzə çıxdı. Məlum oldu ki, Ermənistan Livanda yaşayan erməni ailələrini işğal olunmuş ərazılərə köçürür. Bununla bağlı hətta sosial şəbəkələrin erməni seqmentində də fotolar yayılmışdı.

NOCOMMENT yenisabah-a istinadən bildirir ki, əslində bu, rəsmi İrəvanın məkrli niyyətinin görünən tərəfidir. Məsələnin görünməyən tərəfi isə budur ki, Ermənistan qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində bölgəyə terrorçu qruplar və muzdlu döyüşçülər toplayır.

Rəsmi İrəvan bu təcrübədən Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı da istifadə edib. Görünür, Ermənistanın siyası rəhbərliyi hesab edir ki, bu dəfə də oxşar üsuldan yararlanmaqla işğalçılıq siyasətini davam etdirə biləcək.

Gələn məlumatlara görə, Ermənistan bu dəfə Dağlıq Qarabağ və ətraf rayonlara PKK, ASALA və bu kimi terrorçu təşkilatların xüsusi dəstələrini köçürüb. Gələn xəbərlərdə o da qeyd edilir ki, rəsmi İrəvan yalnız bu terror təşkilatların döyüşçüləri ilə kifayətlənmir. PKK-nın tərkibində erməni alaynın yaradıldığı, onların xüsusi təlim keçdiyi və sonradan Qarabağa yerləşdirildiyi bildirilir.

Ermənistan terroçuları və muzdluları “könüllü dəstələr” adı ilə təqdim edir. Lakin faktlar göstərir ki, Ermənistanda Dağlıq Qarabağda könüllü döyüşmək istəyən demək olar ki, yoxdur. Elə dünən yayılan məlumatlarda Ermənistandan Qarabağa göndərilən könüllülərin döyüşməkdən imtina etdiyi bildirilir.

Məlumatlarda bildirilir ki, Ermənistanın döyüşmək üçün gətirdiyi terroçu və muzdlular qrupu cəbhənin cənub bölgəsində yerləşdirlib.

Rəsmi İrəvanın terroçu qrupları döyüşlərə cəlb etməsi Ermənistanın dövlət olaraq terrorçu mahiyyətini ortaya qoyur. Yeri gəlmişkən, rəsmi Bakı dəfələrlə dünyanı bu barədə məlumatlandırıb.

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirilməsi, erməni döyüşçülərinin hətta döyüş bayrağını atıb qaçması rəsmi İrəvanı çətin duruma salıb. Ermənistan məğlubiyyətinə haqq qazandırmaq üçün saxta məlumatlardan və şantajdan istifadə etməyə çalışır. Rəsmi İrəvan iddia edir ki, Azərbaycan tərəfdən muzdlular döyüşür. Amma buna dair bircə fakt ortaya qoya bilmir.

Bəzi xarici media orqanlarında bu barədə yayılan iddialar isə erməni xüsusi xidmət orqanları və Azərbaycana düşmən münasibət bəsləyən bəzi xarici dairələr tərəfindən hazırlandığı şübhə doğurmur.

Rəsmi İrəvan ciddi-cəhdlə çalşır ki, beynəlxalq aləmdə Azərbaycan və Türkiyə haqqında mənfi rəy yaratsın. Halbuki, istər Azərbaycan, istərsə də Türkiyə terrordan əziyyət çəkən ölkələrdir. Həm Bakı, həm də Ankara uzun illərdir ki, terrora qarşı mücadilə verir.