Ermənistanda polis hökumət evinin binasını mühasirəyə alıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, buna səbəb Nazirlər Kabinetinin iclası başlayan ərəfədə keşiş Baqrat Qalstanyan və tərəfdarlarının ərazidə etiraz aksiyası keçirəcəyi barədə daxil olan informasiyadır.
Polis əməkdaşlarına aksiyanın qarşısının alınması ilə bağlı qəti göstəriş verilib.