Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdübackend

Ermənistan prezidenti baş qərargah rəisi ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarksyan ölkənin Müdafi Nazirliyinin Baş Qərargahına gəlib.

NOCOMMENT.az yerli KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı baş qərargah rəisi Onik Qasparyanla görüşüb.

Bundan əvvəl prezident parlament sədri Ararat Mirzoyanla, parlament qruplarının rəhbərlərilə, həmçinin müxalifətdəki “Vətənin qurtuluş hərəkatı”nın rəhbəri Vazgen Manukyanla, onun həmkarları Artur Vanetsyan və Vahram Bağdasaryanla da görüşüb.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan baş qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanı vəzifədən azad etmişdi. T.Xaçatryan da baş nazirin istefasını tələb etmişdi. N.Paşinyan da bu tələbi çevriliş cəhdi olaraq qəbul edərək öz tərəfdarlarını Respublika meydanına toplaşmağa çağırıb.
Modern.az