Ermənistan Prezidenti: Biz realist olmalıyıqbackend

Ermənistan Prezidenti: Biz realist olmalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz siyasəti diplomatiyadan, populizmi ictmai bəyanatlardan fərqləndirməyi bacarmalıyıq. Biz bunlara əməl etməyi bacarmır, hamısını qarışdırırıq”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan müxalifətin “Qarabağ Azərbaycanın tərkibində ola bilməz” tələbinə cavabında bildirib.

“Biz realist olmalıyıq. Siz bunu bəyan edəndə manevr hüququnuzu itirirsiniz”, – deyə o vurğulayıb.

Müxalifətlə dialoqa açıq olduğunu deyən V.Xaçatryan söyləyib ki, müxalifətin indiki “Müqavimət hərəkatı”nı 1988-ci ildə “Qarabağ hərəkatı” ilə müqayisə etmək olmaz.