Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyibbackend

Ermənistan prezidenti Gürcüstan baş naziri ilə görüşə bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın baş naziri İrakli Qaribaşvili yaxın zamanlarda Ermənistana səfər edəcək.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan Tbilisidə jurnalistlərə açıqlamasında məlumat verib.

O deyib ki, Gürcüstana rəsmi səfəri çərçivəsində İ.Qaribaşvili ilə görüşə bilməsə də, onunla telefonla danışıb.

A.Sarkisyan yaxın gələcəkdə Gürcüstana yenidən səfər edəcəyini söyləyib: “Samtsxe Cavaxeti bölgəsinə baş çəkmək istəsəm də, bu, pandemiya səbəbindən mümkün olmadı”.

Qeyd edək ki, Gürcüstanın hökumət başçısı koronavirusa yoluxub.