Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi – sənədi Paşinyana qaytardıbackend

Ermənistan prezidenti qərargah rəisini istefaya göndərmədi – sənədi Paşinyana qaytardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyan özünün konstitusiya səlahiyyətləri çərçivəsində Onik Qasparyanın baş qərargah rəisi vəzifəsindən azad edilməsinə dair sərəncam layihəsini geri qaytarıb.

NOCOMMENT.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu addım hökumət rəsmiləri, parlament və qeyri-parlament qüvvələri, silahlı qüvvələrin ali komandir heyəti ilə, aparıcı hüquqşünas və müstəqil ekspertlərlə müzakirə edildikdən sonra atılıb.

O da bildirilib ki, silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qorumalıdır.