Ermənistan prezidenti: Təşəbbüs Türkiyədən gəlməlidirbackend

Ermənistan prezidenti: Təşəbbüs Türkiyədən gəlməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gizlətmədiyim baxışlarım var. Bəli, Ermənistanın dünyada hamı ilə yaxşı münasibəti olmalıdır.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

Ermənistan prezidenti deyib ki, Azərbaycanla problemlərin həlli arzuolunan olardı: “Baxmayaraq ki, bu, çətin məsələdir. Türkiyə ilə yaxşı münasibətlər də yaxşı olardı, bu, daha da çətindir. Dövlət isə öz qərarlarına görə təkcə öz vətəndaşları qarşısında deyil, həm də bir neçə dəfə böyük olan bütün erməni xalqı qarşısında cavabdehdir. Və bu insanlar sabah çox həssas suallar verə bilərlər”.

Türk-erməni barışığını mümkün hesab edib-etmədiyi haqda suala gəlincə, Sarkisyan deyib: “Bu dünyada hər şey mümkündür. Məsələn, Fransa və Almaniya bir neçə yüz il bir-biri ilə vuruşdular, lakin İkinci Dünya Müharibəsindən sonra hər şey dəyişdi. İlk növbədə tolerantlıq var idi. İnanca, mədəniyyətə, ünsiyyətə doğru. Əgər belə olmasaydı, Avropada orta əsr müharibələri bu gün də davam edərdi. Mənə elə gəlir ki, bu işdə təşəbbüs Türkiyədən gəlməlidir. Mədəniyyət, tarix, abidələr, inanc, kilsə və başqa hər şey baxımından tolerantlıq. Bunsuz, bir-birinə hörmət etmədən heç nə alınmayacaq”.