Ermənistan prezidenti xəstəxanadan buraxılıbbackend

Ermənistan prezidenti xəstəxanadan buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan prezidenti Armen Sarkisyan xəstəxanadan buraxılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu onun köməkçisi Asmik Petrosyan bildirib.

Onun sözlərinə görə, Armen Sarkisyan hələ tam sağalmayıb: “O özünü yaxşı hiss edir, evdə həkimlərin müşayiəti altında müalicə olunacaq. Həkim lazımi icazəni verdikdən sonra Armen Sarkisyan Ermənistana qayıdacaq”.

Xatırladaq ki, yanvarın 5-də Ermənistan prezidenti Armen Sarkisyana COVİD-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb. Yanvarın 13-də dövlət başçısının vəziyyəti ağırlaşıb və onu hospitala yerləşdiriblər.