Ermənistan prezidentinin ikili vətəndaşlığını istintaq araşdıracaqbackend

Ermənistan prezidentinin ikili vətəndaşlığını istintaq araşdıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı fakt üzrə cinayət işini Xüsusi İstintaq Xidmətinə göndərib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun müşaviri Qor Abramyan Sputnik Armenia-ya bildirib.

“Baş Prokurorluq məsələ ilə bağlı məlumat alıb. Məlumat araşdırılmaq üçün Xüsusi İstintaq Xidmətinə göndərilib. İstintaq işinə başlayıb, başlamamaq barədə qərar bundan sonra veriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda 53 vəkil prezident Armen Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı bəyanat imzalayıb. Onlar bildirib ki, A.Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniyanın vətəndaşı olub. 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Ölkə konstitusiyasına əsasən yalnız 6 il Ermənistan vətəndaşı olan şəxslər prezident seçilə bilər.

A.Sarkisyan 2018-ci il martın 2-də prezident seçilib. Onun Britaniya pasportu isə 2012-ci il martın 1-də ləğv edilib.