Ermənistan prezidentinin saytından Artsax bölməsi silindibackend

Ermənistan prezidentinin saytından Artsax bölməsi silindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycanın daha bir tələbini yerinə yetirib. Belə ki, dövlət orqanlarının internet saytlarından “Artsax” sözü silinir”.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bunu “Aravot” saytı bidlirib.

“Biz artıq yazmışdıq ki, saytın “yenilənməsi” ilə əlaqədar olaraq Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından Artsax bölməsi silinib. Deyirlər, bu, müvəqqətidir. Eyni səbəbdən Ermənistan Müdafiə Nazirliyinin saytında da “Artsax Azadlıq Müharibəsi” bölməsi yoxdur.

Həmçinin prezidentin saytından da Artsax bölməsi silinib. Sən demə, onlar da prezidentin internet saytının məzmununu “yeniləməyə” qərar veriblər və dərhal Artsaxdan başlayıblar”, – deyə sayt bildirib.