Ermənistan parlamentinin sədri Alen Simonyan Prezident Armen Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı protokolu imzalayıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bununla da A.Sarkisyanın istefa ərizəsi qəbul olunub.
Xatırladaq ki, A.Sarkisyan ölkə parlamentinə istefa ərizəsini yanvarın 23-də göndərmişdi.