Ermənistan prezidentliyinə namizəd: Paşinyanla söhbətimiz…backend

Ermənistan prezidentliyinə namizəd: Paşinyanla söhbətimiz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryana hələ prezidentlik üçün rəsmi təklif gəlməyib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində nazirin özü bildirib.

O, hələ Nikol Paşinyanla söhbətinin olmadığını deyib: “Hazırda parlament sədrinin hazırkı prezidentin səlahiyyətlərinə xitam verən qərarı olmadığı üçün bu gün hər hansı şərh versək, yaxşı olmaz. Adamın hələ də ərizəni geri götürmək imkanı var”.

Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verdiyini açıqlayıb.

Ermənistan prezidenti 7 gün ərzində istefasını geri götürə bilər, əks halda Milli Məclisin sədri onun səlahiyyətlərinə xitam verilməsi haqqında protokol tərtib edib imzalayır, prezidentin istefası dərc edildiyi andan qəbul edilmiş hesab olunur.