2023-cü ilin birinci yarısında Ermənistan Prokurorluğu dövlətin maraqlarına 10 milyard 44,5 milyon dram (25 milyon dollardan bir qədər çox) məbləğində ziyan vurması faktını aşkarlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə idarənin məlumatında deyilir.
İnzibati icraat çərçivəsində prokurorluq orqanları tərəfindən dövlət və bələdiyyə maraqlarının pozulması ilə qəbul edilmiş inzibati aktlar üzrə 144 iddia qaldırılıb.
Araşdırmalar nəticəsində prokurorluq tərəfindən istintaq orqanlarına cinayətlər barədə 34 protokol təqdim edilib, onlara əsasən dövlətə və bələdiyyələrə dəymiş ziyan göstərilən 10 milyard 44,5 milyon dram məbləğində hesablanıb.
Bundan əlavə, bu müddət ərzində prokurorluq dövlətin xeyrinə ümumi məbləği 128 milyon 463 min dram (təxminən 330 min dollar) məbləğində müsadirə edilməsi ilə bağlı 9 iddia qaldırıb.