Ermənistan Qarabağ üçün muzdluları belə hazırlayır – VİDEObackend

Ermənistan Qarabağ üçün muzdluları belə hazırlayır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Qarabağa müxtəlif ölkələrdən gələn şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində döyüşmək üçün necə hazırlamasıyla bağlı yeni görüntülər ortaya çıxıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı görüntülərdə muzdluların VoMA şirkətinin təlim mərkəzində hazırlandığı yer alıb.

VoMA Ermənistan Müdafiə Nazirliyinin vasitəçiliyi ilə yaradılıb. Şirkətin rəhbəri I Qarabağ müharibəsinin iştirakçısı, kəşfiyyatçı Vova Vardanovdur. Bu şirkət bir müddət öncə dünya ermənilərini Qarabağdakı savaşa səsləmiş və müxtəlif ölkələrdən gələn ermənilərə təlimləri pulsuz keçəcəyini açıqlamışdı.

Hətta Rusiyadan gələn ermənilər üçün təyyarə biletinin pullarını şirkət özü ödəyəcəyini də bildirmişdi.