Ermənistan Qarabağa əlavə 20 milyon dollar ayıracaqbackend

Ermənistan Qarabağa əlavə 20 milyon dollar ayıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Respublikası hökuməti Qarabağa 8 milyard dram (20 milyon dollardan bir qədər çox) əlavə dəstək verəcək

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, qərar cümə axşamı Nazirlər Kabinetinin iclasında qəbul edilib.

Bu vəsait hesabına mənzil tikintisi proqramlarının genişləndirilməsi, eləcə də Qarabağ vətəndaşlarının banklar qarşısında öhdəliklərinin maliyyələşdirilməsi nəzərdə tutulur.

Bundan əvvəl İrəvan 2022-ci il büdcəsinin xərclər proqramı çərçivəsində Xankəndiyə 144 milyard dram (indiki məzənnə ilə təxminən 365 milyon dollar) kredit vermişdi.