Ermənistan Qarabağda həlak olan hərbçilərimizin qalıqlarını təhvil veribbackend

Ermənistan Qarabağda həlak olan hərbçilərimizin qalıqlarını təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni tərəfi Birinci Qarabağ müharibəsində öldüyü ehtimal edilən 10 hərbçinin qalıqlarını Azərbaycana təhvil verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Dekabrın 1-də Ermənistan tərəfi birinci Qarabağ müharibəsi zamanı həlak olduğu iddia edilən 10 nəfərin qalıqlarını, həmçinin dörd cəsədin mümkün yerlərini göstərən iki xəritəni Azərbaycan tərəfinə təhvil verib”, – deyə məlumatda bildirilib.

Bildirilib ki, 2020-ci il noyabrın 9-dan Ermənistan tərəfi Azərbaycana 5 xəritə və Qarabağdakı birinci müharibənin 140 qurbanının qalıqlarını təhvil verib.