Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladıbackend

Ermənistan Qarabağda verdiyi itkilərin yeni sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Səhiyyə Nazirliyi ikinci Qarabağ müharibəsində həlak olmuş 3 450 əsgərinin meyitini ekspertizadan keçirib.

NOCOMMENT.az erməni mediasına istinadən xəbər verir ki, səhiyyə naziri Anait Avanesyan hər gün 30 meyitin şəxsiyyətinin müəyyənləşdirildiyini bildirib.

O, hələ də şəxsiyyətləri müəyyənləşdirilməyən meyitlərin olduğunu etiraf edib. Nazir jurnalistlərin nə qədər meyitin şəxsiyyətinin müəyyənləşdirilməməsi barədə sualına cavab verməyib. Lakin bildirib ki, meyitlərin tanınması prosesi sürətlənib.