Ermənistan Qazaxıstana yüz hərbçi göndərdibackend

Ermənistan Qazaxıstana yüz hərbçi göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Ermənistandan Qazaxıstana 100 hərbçi göndərilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sülhməramlılar missiya zamanı binaların və infrastrukturun mühafizəsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya və digər KTMT ölkələri Qazaxıstana məhdud müddətə sülhməramlılar göndərir.

KTMT-nin bütün sülhməramlı birləşmələrinin Qazaxıstana yeridilməsi yanvarın 7-də başa çatmalıdır.