Ermənistan rəsmisi Türkiyəyə gəlir – Sərhədlər tezliklə açıla bilərbackend

Ermənistan rəsmisi Türkiyəyə gəlir – Sərhədlər tezliklə açıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistan tezliklə sərhədlərinin açılması, eyni zamanda sərhəd ticarətinin təşkili üçün ilk ciddi addımları ata bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyənin diplomatik mənbələrinə istinadən məlumat yayıb.

“Nəşrin məlumatına görə, iki ölkənin xüsusi nümayəndələri – Ruben Rubinyan və Serdar Kılıç arasında münasibətlərin normallaşmasına dair Vyanadakı son görüşdə əldə olunan razılaşmalar fonunda danışıqların Türkiyədə keçirilməsi planlaşdırılır.

Növbəti görüşdə mümkün qədər tez bir zamanda iki ölkə arasında sərhədin açılması və sərhəd ticarətinin qurulması məsələsi müzakirə ediləcək. Sərhədin açılması ilə bağlı qərar qəbul edildikdə Akyaka keçid məntəqəsi (Türkiyədə) bir ay ərzində işləyəcək”, – deyə qəzet yazıb.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır. Onlar artıq bir neçə dəfə görüş keçiriblər.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin kəsilməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəb olub.

Modern.az