Ermənistan Rusiyanın Azərbaycanla danışıqlarda vasitəçi olması ideyasını rədd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Alen Simonyan brifinq zamanı bildirib.
“Keçmiş təcrübə çoxlu pis xatirələr buraxdı, hələ də cavabını tapa bilmədiyimiz bir çox sualımız var. Simonyan həmçinin bəyan edib ki, Moskvanın İrəvanla Bakı arasında vasitəçi kimi iştirak etməsi ehtimalı azdır.
Bundan əvvəl məlum olub ki, Ermənistan parlamenti Avropa İttifaqına (Aİ) qoşulmanın başlanması ilə bağlı qanun layihəsinə baxacaq. Bu, növbəti həftə ərzində baş verəcək.
Fevralın 10-da Azərbaycan hakimiyyəti Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevi persona non qrata siyahısına əlavə edib. Səbəb isə Rusiya Federasiyasındakı Azərbaycan diasporuna qarşı “təhqiredici bəyanatlar və təhdidlər”dir.