Ermənistan Rusiyanın dostu, müttəfiqi, strateji tərəfdaşıdır – Peskovbackend

Ermənistan Rusiyanın dostu, müttəfiqi, strateji tərəfdaşıdır – Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kreml ayrı-ayrı rusların Ermənistana girişinə qadağa qoyulmasına mənfi münasibət bəsləyir”.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistan Rusiyanın dostu, müttəfiqi, strateji tərəfdaşıdır və ikitərəfli münasibətlərin səviyyəsi və xarakteri bizi əlaqələrimizi belə hallardan qorumağa məcbur edir. Rusiya və Ermənistan arasında ikitərəfli münasibətlərin yaxın gələcəkdə belə insidentlərdən azad olacağına ümid edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl rusiyalı media meneceri və jurnalist Aram Qabrelyanovun Ermənistana girişi qadağan edilib və İrəvanın Zvartnots hava limanından ölkəyə buraxılmayıb. Həmçinin RT-nin baş redaktoru Marqarita Semonyan və Rusiya Dövlət Dumasının MDB ilə əlaqələr üzrə komitəsin sədrinin birinci müavini Konstantin Zatulinin də ölkəyə girişinə qadağa qoyub.