Ermənistan Rusiyanın mövqeyini bəyənməyibbackend

Ermənistan Rusiyanın mövqeyini bəyənməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin spikeri Alen Simonyan hesab edir ki, Bakının Laçın dəhlizindəki fəaliyyəti faktiki olaraq onu dalana dirəyib, çünki guya Azərbaycan belə bir beynəlxalq reaksiya gözləmirdi.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Simonyan bu barədə parlamentdə jurnalistlərə Ermənistanın təşəbbüsü ilə dekabrın 21-də çağırılan BMT Təhlükəsizlik Şurasının dünənki iclasını şərh edərkən deyib.

“Biz bütün mümkün vasitələrlə Laçın dəhlizində yaranmış problemlə məşğul olmağa davam edəcəyik. Dəhliz mütləq açılmalıdır, əks halda bu, humanitar fəlakətə gətirib çıxaracaq”, – deyə Simonyan bildirib.

Onun sözlərinə görə, İrəvan bütün mümkün vasitələrlə bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

“Biz Ermənistanın əlində olan və ölkəmizi başqa bir prosesə sürükləməyəcək bütün vasitələrlə işləməyə davam edəcəyik… Siyasi prosesləri nəzərdə tuturam, mən müharibədən danışmıram, çünki 2020-ci il noyabrın 9-dan sonra onun yenidən başlaması təhlükəsi azalmayıb”, – deyə o bildirib.

Ermənistan parlamentinin spikeri Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin çıxışını mənfi qiymətləndirərək, çıxışın daha kəskin ola biləcəyini qeyd edib.

“Ermənistanla heç bir sıx əlaqəsi olmayan ölkələr daha məqsədyönlü, ünvanlı və kəskin çıxış etdilər. Rusiya ya istəmir, ya da bacarmır, ya da istəmir və bacarmır. Bu, məni təəccübləndirmir”.

Simonyan hesab edir ki, belə bəyanatın səbəblərindən biri dəhlizin Rusiya sülhməramlılarının məsuliyyət zonasında olması və bununla da Moskvanın məsuliyyəti azaltmaq istəməsi ola bilər.