Ermənistan Rusiyanın müttəfiqi deyil – Paşinyanbackend

Ermənistan Rusiyanın müttəfiqi deyil – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Ukrayna məsələsində Rusiyanın müttəfiqi deyil. Ukrayna xalqı bizim üçün dost xalqdır”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, qeyd edib ki, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il Almatı Bəyannaməsi Ukraynadakı vəziyyətə də şamil edilməlidir:

“Biz Almatı Bəyannaməsinə hörmət edirik, lakin bu, təkcə bizi əhatə etmir. Onlar özləri təşəbbüskar olublar, belə ki, bu, Rusiya, Ukrayna və Belarusun Sovet İttifaqının artıq mövcud olmadığına qərar verdiyi Belovejski razılaşmasından başlayır. Müstəqilliyi və bir-birinin sərhədlərini tanıyıblar.

Biz ondan çıxış edirik ki, Almatı Bəyannaməsi bizim müstəqilliyimizin və ərazi bütövlüyümüzün tanınması üçün əsasdır. Eyni şeyi Ukraynaya da tətbiq etmək lazımdır. Bu sənəd bizim hamımız üçün vacibdir. Onun məhv edilməsi sistemin dağılmasına gətirib çıxara bilər”.