Ermənistan seçkiləri: Qaqik Tsarukyan Rusiya ilə danışıqlara başladıbackend

Ermənistan seçkiləri: Qaqik Tsarukyan Rusiya ilə danışıqlara başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyan Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy, Vahid Rusiya fraksiyasının rəhbəri Sergey Neverov və Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini Kazbek Taysayevlə görüşüb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Çiçəklənən Ermənistan partiyasının mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistan-Rusiya münasibətlərinin və bölgədəki son durumun müzakirə olunduğu iddia edilib.

Tsarukyan bundan əvvəl İrəvanda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Həmsöhbətlər ölkələr arasında qarşılıqlı əlaqə məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Qaqik Tsarukyan iyun ayında keçiriləcək erkən parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.