Ermənistan sərhəd döyüşlərində itən 3 hərbçinin meytini tapa bilmirbackend

Ermənistan sərhəd döyüşlərində itən 3 hərbçinin meytini tapa bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfinin Ermənistana təhvil verdiyi 13 erməni hərbçinin meyitinin tanınması prosesi başa çatıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə istintaq strukturunun mətbuat katibi Qor Abramyan sosial şəbəkədə bildirib.

Həmin meyitlər sentyabrın 13-14-də baş vermiş sərhəd döyüşlərində ölən erməni hərbçilərə məxsusdur. Onlar noyabrın 28-də Ermənistana təhvil verilmişdi.

“Bütün hərbçilərin cəsədləri qohumlarına təhvil verilib”, – deyə Abramyan yazıb.

Ermənistan tərəfi sərhəd döyüşlərində itkin düşən 3 hərbçinin axtarışını davam etdirir.