Ermənistan sərhəd döyüşlərinin istintaqına başladı: həbslər gözlənilirbackend

Ermənistan sərhəd döyüşlərinin istintaqına başladı: həbslər gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın istintaq orqanları 13 və 14 sentyabr tarixlərində baş vermiş sərhəd döyüşləri ilə bağlı ciddi araşdırmalara başlayıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, istintaq orqanları hərbi hissələrin şəxsi heyətini dindirməyə başlayıb və iki gün ərzində Azərbaycan Ordusunun bu qədər mövqe üstünlüyünə malik olmasının niyə və necə baş verdiyini anlamağa çalışır.

Qəzetin məlumatına görə, yaxın vaxtlarda 13 və 14 sentyabr tarixlərində baş vermiş döyüşlərlə bağlı səhlənkarlığa yol vermiş yüksəkrütbəli hərbçilərin həbsi gözlənilir.

İlk ittiham artıq ortadadır. Belə ki, N saylı hərbi hissənin yardım məntəqəsinin rəisi döyüşlər zamanı hərbi hissə komandirinin əmrinə tabe olmaqdan boyun qaçırmaqda ittiham olunur.