Ermənistan silahlanır, region qarışır: İrəvanın hədəfindəki ölkəbackend

Ermənistan silahlanır, region qarışır: İrəvanın hədəfindəki ölkə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan yenidən silahlanır. ABŞ, Fransa və Hindistandan göndərilən ağır texnikalar bu ölkəyə yerləşdirilib. Rəsmi İrəvanın silahlanması isə davam edir. Yeni silahların göndəriləcəyi, habelə ABŞ və Fransaya məxsus yeni hərbçilərin Ermənistana gələcəyi ehtimal edilir.

Bunlar savaş hazırlığıdır? Ermənistanın niyyəti, məqsədi nədir? ABŞ, Fransa, Hindistan niyə Ermənistanı silahlandırır?

NOCOMMENT.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Teymur Qasımlı deyib ki, Ermənistana istənilən ölkə bir ədəd də olsun silah verirsə, bu, Azərbaycanın milli maraqlarına ziddir:

“Son zamanlar xüsusilə Hindistan Ermənistanı silahlandırır. Lakin bununla belə deyə bilərəm ki, rəsmi İrəvana bu silahlar pulsuz verilmir. Yəni Ermənistan bu silahları pulla alır. ABŞ və Fransa ilə bağlı vəziyyət isə bir qədər fərqlidir.

Belə ki, bu iki dövlət hazırda Ermənistan ordusunu yeniləyib, daha güclü etmək istəyir. Bu istiqamətdə həm yeni silahlar verilir, həm də Ermənistan ordusuna təlim keçmək üçün bu ölkəyə hərbçilər göndərilir. Ermənistan Rusiyadan da silahlar alır, amma bu silahların bir çoxu yararsızdır. Ona görə də rəsmi İrəvan ordusunu təkmilləşdirir.

Hesab edirəm, Ermənistanın silahlanması və silahlandırılması prosesi milli maraqlarımıza ziddir və bu prosesi yaxından izləyib tədbir görməliyik. Bu gün Ermənistanın Pentaqonda nümayəndəsi var. Bu şəxs ABŞ vətəndaşı olsa da erməni əsillidir.

O ki qaldı yeni müharibəyə, hesab edirəm, hazırda belə bir risk yoxdur. Ümumiyyətlə, Azərbaycan ilə Ermənistan arasında diplomatik danışıqlar gedir. İki ölkəyə də müharibə sərf etmir. Bu silahlar Ermənistana Rusiya ilə mübarizə konteksində, habelə regionda Qərb varlığının qorunması məqsədi ilə verilir”.