Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutubbackend

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.