Ermənistan son döyüşlərdə ölən qadın hərbçilərinin adlarını açıqladı – FOTObackend

Ermənistan son döyüşlərdə ölən qadın hərbçilərinin adlarını açıqladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını almaq üçün keçirdiyi əməliyyat nəticəsində qarşı tərəfdən 5 qadın hərbçi həlak olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aram Torosyan bildirib.

O, sözügedən qadınların adlarını da açıqlayıb: Susanna Marqari Qriqoryan, Anuş Aşoti Apetyan, Alisa Sureni Melkonyan, İrina Karleni Qasparyan və Qayane Abqaryan.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Təxribatların qarşısının alınması üçün ordumuz cavab tədbirləri görüb. Hər iki tərəfin itkiləri var.