Ermənistan spikeri qohumbazlıqda ittiham olunurbackend

Ermənistan spikeri qohumbazlıqda ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin spikeri Alen Simonyan qohumbazlıqda ittiham olunur.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, spikerin qardaşı Karlen Simonyan qısa zamanda 3 şirkətin təsisçisi olub. Həmin şirkətlərdən 2-si yolların asfaltlanması və beton istehsalı ilə məşğuldur.

Sənədlərə əsasən, Karlen Simonyana məxsus şirkətlərin dövlət tenderlərində qalib gəldiyi və bunun sayəsində çoxmilyonlu gəlir götürdüyü məlumdur.

Alen Simonyan ittihamlarla bağlı rəsmi açıqlama verməyib.