Ermənistan sülhməramlı qoşunlarının komandanı işdən çıxarılıbbackend

Ermənistan sülhməramlı qoşunlarının komandanı işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı qoşunlarının komandanı general-mayor Artak Tonoyan işdən çıxarılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu “Joxovurd” qəzeti yazıb.

Nəşrin məlumatına görə, onun yerinə əvvəllər Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsində işləmiş daha gənc hərbçi təyin edilib. Bildirilib ki, müdafiə naziri Suren Papikyan A.Tonoyana yeni vəzifə təklif edib.

Məqalədə qeyd olunub ki, onun işdən azad edilməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı tərkibində Ermənistan sülhməramlılarının Qazaxıstana göndərilməsi dövrünə təsadüf edib.

“Artak Tonoyanın tutduğu vəzifədən kənarlaşdırılmasının Ermənistan sühməramlılarının Qazaxıstana göndərilməsi ilə əlaqəsinə əmin olmasaq da, Suren Papikyanın nazirliyin rəhbər heyətini dəyişməkdə davam edir”, – qəzet yazıb.